Cənubi Amerika ölkəsi Surinam neft və təbii qaz gəlirlərini xalqı ilə bölüşməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə Surinam prezidenti Çan Santoxi noyabrın 25-i Müstəqillik Günündə açıqlama verib.
O, hər bir surinamlının neft və təbii qaz gəlirlərindən faydalanmasını istədiklərini bildirib: “Bu fürsətdən hər kəs faydalanacaq və heç kim kənarda qalmayacaq. Siz neft gəlirlərinin ortaq sahiblərisiniz”.
Yeni proqram çərçivəsində yaşı 18-dən yuxarı olan hər bir Surinam vətəndaşının adına əmanət hesabı açılacaq və bu hesablara 750 dollar yatırılacaq. Dünya Bankının rəqəmlərinə görə, təxminən 600 min əhalisi olan Cənubi Amerika ölkəsinin illik ümumi daxili məhsulu 3,4 milyard dollardır. Bundan əlavə, hər 5 nəfərdən 1-i yoxsulluq içində yaşayır.