İngiltərəli mütəxəssis Frenk Lempardın yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, millinin və "Çelsi"nin sabiq yarımmüdafiəçisi Çempionşipdə mübarizə aparan "Koventri"yə baş məşqçisi təyin olunub.
Məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.
Lempardla 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək kİ, 46 yaşlı çalışdırıcı daha öncə ölkəsində "Derbi Kaunti", "Çelsi" və "Everton"un çalışdırıb.
Nihat