AZ

İndoneziyada torpaq sürüşməsi nəticəsində 7 nəfər həlak olub

Bakı, TurkicWorld

İndoneziyanın Sumatra adasında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

TurkicWorld xəbər verir ki, Şimali Sumatra əyalətinin mərkəzi Medan və Berastagi şəhərini birləşdirən yolda sürüşmə baş verib.

Turistləri daşıyan avtobus leysan yağışların yaratdığı sürüşmədə torpaq altında qalıb. İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Qeyd edək ki, noyabrın 25-26-da Sumatra adasında baş verən qəfil sel və torpaq sürüşməsi nəticəsində 20 nəfər həlak olub.

Seçilən
17
2
turkic.world

4Mənbələr