AZ

Sürüşmə 7 nəfəri öldürdü

İndoneziyanın Sumatra adasında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, sürüşmə Şimali Sumatra əyalətinin mərkəzi Medan və Berastagi şəhərini birləşdirən yolda baş verib.

Turistləri daşıyan avtobus leysan yağışların yaratdığı sürüşmədə torpaq altında qalıb. İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri davam edir.

Xatırladaq ki, noyabrın 25-26-da Sumatra adasında baş verən qəfil sel və torpaq sürüşməsi nəticəsində də 20 nəfər həlak olmuşdu.

Qeyd edək ki, 17 mindən çox adadan ibarət İndoneziyada oktyabrdan mart ayına qədər yağan mövsümi yağışlar tez-tez sel və torpaq sürüşməsinə səbəb olur.

Seçilən
15
2
cebheinfo.az

4Mənbələr