Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Cozef Borrell noyabrın 29-da vəzifəsini başa vuracağını açıqlayıb.
Missiya.Az xəbər verir ki, siyasətçi bu barədə barədə Brüsseldə Yaxın Şərq nizamlanması üzrə konfrans başlamazdan əvvəl məlumat verib.
O, bildirib ki, bu vəzifəni Estoniyanın keçmiş baş naziri Kaja Kallasa təhvil verəcək.
“Bu görüşü keçirmədən Brüsseldəki işimi başa çatdırmaq istəməzdim. Bu, praktiki olaraq Brüsseldəki son tədbirim olacaq, sabah mən öz missiyamı başa vuracağam”, - deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, noyabrın 27-də Avropa Parlamenti Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib. Kaja Kallas Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi kimi təsdiqlənib.
Daşqın HəsənovMissiya.Az