Rusiya prezidenti Vladimir Putinin səfəri zamanı Astanada LED ekranda Ukrayna bayrağının görünməsinə haker hücumu səbəb olub.
Azpost.info xəbər verir ki, bu barədə Qazaxıstan Dövlət Texniki Xidməti məlumat yayıb.
Dövlət Gömrük Xidmətindən verilən məlumata görə, hücum xarici İP ünvanlardan olan proxy serverlərdən istifadə edilməklə həyata keçirilib.
“Bu il noyabrın 27-də Astana şəhərində LED ekranların birində bayrağın əks olunan şəklinin qısa müddətə dəyişdirildiyi qeydə alınıb”, – məlumatda deyilir.
Vladimir Putin noyabrın 27-də iki gün davam edəcək dövlət səfəri ilə Qazaxıstana gəlib. İşgüzar səfərin ilk günündə ölkə rəhbəri Qasım-Jomart Tokayevlə danışıqlar aparılıb.
Azpost.info