AZ

Di Mariya Messini geridə qoydu

style='margin-bottom:10px;'>

"Benfika"nın yarımmüdafiəçisi Anhel Di Mariya yeni uğura imza atıb.

QOL.az xəbər verir ki, o, Çempionlar Liqasında "Monako" ilə matçda (3:2) 2 qol ötürməsi verib. 

Nəticədə 36 yaşlı argentinalı Çempionlar Liqasında məhsuldar ötürmələrinin sayını 41-ə çatdırıb. O, bu göstəricidə Lionel Messini ötüb.

Di Mariyanı turnirin rekordunu təkrarlamaqdan yalnız 1 qol ötürməsi ayırır. Hazırda rekord Kriştiano Ronaldo və Rayan Giqqsə (42 qol ötürməsi) məxsusdur. 

Qeyd edək ki, bu mövsüm Di Maria 16 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Seçilən
16
teleqraf.com

1Mənbələr