Les Metyus adlı 81 yaşlı Britaniya sakini 3 dəfə xərçəng diaqnozu qoyulduğunu, lakin sağaldığını bildirib.
Publika.az xəbər verir ki, həmin adamın başına gələnləri "Echo" dərc edib.
Metyus ilk dəfə 1993-cü ildə xərçəng xəstəliyinə tutulub. Sonra ağzında bir neçə həftə sağalmayan xora aşkar edib. Ailəsi onu həkimə getməyə məcbur edib və dilindən götürülən biopsi nəticəsində xərçəng olduğu məlum olub.
"Tezliklə dilimin böyük bir hissəsini çıxarmaq üçün əməliyyat olundum", - deyə Metyus bildirib.
Metyusun şişi çıxarılıb və ona radiasiya terapiyası verilib. Britaniyalı 2018-ci ildə üçüncü dəfə xərçəng xəstəliyinə tutulub. Daha sonra özünü pis hiss etməsi və öskürərkən ağzından qan gəlməsi səbəbindən həkimə müraciət edib. Müayinə zamanı onun ağciyər xərçəngi olduğu məlum olub.
Kişi vaxtında həkimlərə müraciət etdiyi üçün sağaldığına inanır.