AZ

EPDE-nin Azərbaycanda parlament seçkilərində iştirak edən saxta müşahidəçilər haqqında açıqlaması

Avropa Demokratik Seçkilər Platforması (European Platform for Democratic Elections - EPDE) "Demokratlar avtokratların öhdəsindən necə gəlir: Azərbaycanda keçirilən seçkilərdə beynəlxalq yardımla saxtakarlıqlar törədilib" adlı məruzə dərc edib.

Hesabatda deyilir ki, Azərbaycanda 1 sentyabr 2024-cü il tarixində parlament seçkilərində səsvermə dinc şəraitdə keçirilib, lakin seçki kampaniyası zamanı vətəndaş cəmiyyəti fəalları və müstəqil jurnalistlər təqiblərə məruz qalıblar.

Seçicilərin iştirakının az olması seçki prosesinin legitimliyi ilə bağlı narahatlıqlar doğurur, seçicilərin hakimiyyətin real alternativində maraqlı olmadığını, namizədlərin isə əhalinin siyasi baxışlarını və mövqeyini təmsil etmədiyini göstərir.

Məruzədə qeyd edilir ki, hakimiyyət müstəqil qruplardan olan müşahidəçilərin, ilk növbədə yerli qrupların işini xüsusilə çətinləşdirib.

Hakimiyyət xüsusi xidmətlərlə əlaqəsi olan yüksək vəzifəli Rusiya və Belarus məmurlarına və Qlobal Cənub ölkələrinin bəziləri demokratik müxalifətə qarşı işgəncələrdə iştirak etmiş seçki komissiyalarının üzvlərinə üstünlük veriblər.  

"Bundan başqa, bu müşahidəçilərin çoxu parlamentlərin Azərbaycanla dostluq qruplarının üzvləridir və EPDE bunu onların "obyektivliyini" şübhə altına qoyan maraqların toqquşması hesab edir", deyə hesabatda qeyd edilir.

Bir sıra müstəqil namizədlər və fəallar təzyiqə məruz qalıb və seçkiqabağı kampaniyadan xaric edilib, seçki prosesi şəffaf olmayıb və seçki prosesinə etimad olmayıb. Bütün bunlar seçkilərin demokratik standartlara uyğun olmadığını göstərir.

Platforma aşağıdakı meyarlardan birinə uyğun olan şəxsləri saxta müşahidəçilər hesab edir: 

* Qeyri-demokratik institutlar tərəfindən təşkil edilmiş seçkiləri müşahidə missiyalarında iştirak edirlərsə,

* Demokratik missiyaların qiymətlərinə zidd olaraq seçkiləri legitimləşdirən bəyanat və ya şərhlər verirlərsə,

* Müşahidəçi kimi iştirakları Rusiya, Belarus və Azərbaycanın dövlət KİV-lərinin fotoşəkil və ya məlumatı ilə təsdiq edilibsə.

Daha sonra hesabatda 107 "saxta" müşahidəçinin adı dərc olunub. Onlar bir sıra Şərqi Avropa ölkələrinin, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və Belarusun, MDB strukturlarının nümayəndələridir.

Seçilən
18
turan.az

1Mənbələr