Avropa Parlamentinin (AP) bir qrup üzvü Macarıstanın Avropa Sülh Fondundan Kiyevə vəsait ayırmasını blokadaya alması səbəbindən Ukrayna üçün silah alışının maliyyələşdirilməsinin yeni formatının yaradılması təşəbbüsü ilə çıxış edib.
Qətnamə layihəsində deyilib ki, “Avropa Sülh Fondu Avropa Şurasının növbəti dekabr iclasına qədər blokadada qalarsa, dərhal yeni format yaradılmalıdır ki, bu formata yalnız Ukraynaya hərbi yardım göstərmək istəyən və buna qadir olan üzv dövlətlər daxil olsunlar ”.
Sənədin müəllifləri həmçinin Aİ ölkələrini Avropa Sülh Fondunun blokadasına son qoymaq üçün Budapeştə “aktiv təzyiq göstərməyə” çağırırlar.
Qətnamə layihəsi cümə axşamı Avropa Parlamentində səsverməyə çıxarılacaq.
Oxuməni.az