Bakı, TurkicWorld/ArabAz
Məlumunuz, İsrail və Hizbullah arasında atəşkəs imzalandı. Atəşkəsin mətni bir çox media orqanında dərc edildi. Bununla bağlı olaraq fərqli fikirlər vardır. Fikirlərin fərqli olması da normaldır. Hamı məsələlərə eyni rakursdan baxa bilməz. Məsələ ilə bağlı olaraq mən də bir iki kəlmə yazmaq istədim. Mən digər analitiklərin fikirlərinə nəzər yetirirəm. Dəyərli bir dostumuz, əziz qardaşımız, abimiz var. O məsələyə bir az fərqli yanaşır. Buradan onu salamlayıram. Onun üçün İran günahkardır və səmimi deyildir. Məsələlərin arxasında da İran vardır. İran yenə qeyri-səmimi davrandı. Bu həmin abimin fikridir. Başqa bir abim var. O, da yazır ki, Türkiyənin təsiri əsasdır. Meydanda nə yaxşıya doğru olursa, Rəisin təsiri ilə olur. Bu mövqedə olan abimi də salamlayıram. Başqa dostlarımıza görə, tanışlarımıza görə meydanların qəhrəmanı, dünya zülmu qarşısında dayanan ancaq İrandır. Bax belə. Bəs mən nə düşünürəm? Mən isə düşünürəm ki, 70 ildən artıq bir zamandır, insani faciələr içərisində, bütün dünyanın istisnasız maraqlar mübarizəsinin ortasında öz varlığı uğrunda mübarizə aparan Fələstin xalqı vardır. Özünün daxili siyasi, hərbi, insani problemləri ilə. Bundan sonra isə keçək təhlilə.
İlk öncə baxmaq lazımdır ki, kim hansı resurslarla meydandadır. Birinci İsrailə baxaq. İsrail bir dövlətdir. Nizami ordusu vardır. Müttəfiqləri tərəfindən davamlı maliyyə və hərbi yardım alır. 2023-cü ildən 30 noyabr 2024-cü ilə qədər İsrail ABŞ-dan 17,9 milyard dollarlıq hərbi yardım almışdır. Burada müxtəlif silahların alınması, hərbi arsenalın yenilənməsi və digər məsələlər vardır. Bundan başqa İsrail ordu-ölkədir. Yəni, onun əhalisinin qadın və kişi olmasından asılı olmayaraq hamısı hərbi təlim keçir. 169.500 nəfərlik ordusu, 465 min ehtiyat qüvvəsi vardır. Bütün modern silahlara malikdir. Ərəblərlə müharibələrdə üçüncü tərəflərin girməməsi üçün ABŞ tərəfindən hərbi-siyasi, Avropanın aparıcı ölkələri tərəfindən siyasi zəmanət alır. İsrail ordusu onun göstəricisidir ki, ölkənin əhalisinin sayı önəmli deyildir. Önəmli olan nizam-intizam, koordinasiya, texniki təchizat və məqsədlilikdir.
İndi baxaq görək ki, Hizbullah nə qədər silahlı qüvvəyə malikdir. Büdcəsi nədir? Statusu nədir? İlk öncə onu deyim ki, Hizbullah dövlət deyildir. Bir çox dünya dövləti tərəfindən terrorçu olaraq qəbul edilibdir. Dövlət olmadığı üçün dövlət daxilində digər qüvvələrlə razılaşdırılmış mövcudluğa malik olmalı olur. Livanda şiələr var, sünnilər var, durzilər var, xristyanlar var. Ölkə də sisteminə görə bizim Qazax xalçasına oxşayır. Hizbullahın 2021-ci il məlumatlarına görə İran yardımı və öz resursları ilə illik büdcəsi 1 milyard dollardır. Silah təhcizatı fərqi də odur ki, hərbi hava qüvvələri yoxdur. Dronlar var bunun əvəzinə. Lakin Hizbullahın xeyli raket bazası vardır. 2023-cü il məlumatlarına görə 20 min daimi silahlı qüvvəsi, 30 min ehtiyat gücü vardır. Silahlı qüvvələrin İsraillə say nisbəti ortadadır.
Bununla belə son İsrail-Hizbullah müharibəsində Hizbullah İsrail ordusuna ciddi müqavimət göstərə bildi. İsrail ordusu hədəflənən yerüstü məqsədlərə çata bilmədi. Bu İsrail ordusunun zəifliyi ilə bağlı məsələ deyildir. Relyef İsrailə imkan vermədi ki, tanklardan Qəzzadakı kimi istifadə edə bilsin. Daha sonra Qallant-Netanyahu ziddiyyətləri öz işini gördü. Həm də Hizbullah ideoloji bir gücdür. Hərbi gücü də Suriyada son müharibədə təkmilləşdi. Bir də Hizbullah assimetrik müharibə apara bilir. Ona görə hər iki tərəf çətin bir savaşa girdi. Hər ikisi də tükəndi. Hər ikisinə də nəfəs almaq lazımdır. Maraqlıdır ki, Hizbullah-İsrail atəşkəsindən sonra HƏMAS da atəşkəsi müzakirə edə biləcəyini dilə gətirir. Əgər İsrail tərəfdən bununla bağlı siqnallar verilməsə HƏMAS bu bəyanatı verə bilməz. Verməz. İsrail isə elə də asan durumda deyildir. Xüsusi ilə Netanyahu. Netanyahu bir siyasətçi olaraq ehtiyat edir ki, hər hansı isə böyük maraqlar naminə ABŞ da, digər müttəfiqlər də onun arxasından çəkilər. İsrail isə dövlətdir, onun üçün önəmli olan mövcudluğudur. Lazım olarsa hökümət dəyişə bilər. Önəmli olan özünü qorumasıdır.
İndi baxaq şərtlərə. Şərtlərdə Hizbullah uduzurmu? Onu zaman inşaAllah göstərəcəkdir. Bircə onu bilirəm ki, Livan ordusu, Livan rəsmi qüvvələri məsələsi cizgi filmidir. Hizbullah resurslarını qorumaq və Trampın gəlməsindən sonra ehtitam edilən daha böyük təlatümlərə hazırlaşmaq üçün qüvvələrini qruplaşdırmaq istəyir. İsrail də eyni zamanda, hərbi qüvvələrinə yenidən baxmaq, yerdəyişmələr aparmaq və dincəlmək istəyir. Bir də ki, burada sülh yoxdur ki, Atəşkəs var. Atəşi kəs, ya da ki……….