AZ

Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - Video

Kuryerlərə

Bakı şəhərinin müxtəlif ərazilərində silsilə dələduzluq cinayətləri qeydə alınıb.

Reyting.az
 Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edən şəxs onlayn yolla sifariş verdiyi qida və digər məhsulları ünvana çatdıran kuryerlərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirib. O, bu yolla 10-dan çox şəxsə külli miqdarda maddi ziyan vurub.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməllərini törədən 1991-ci il təvəllüdlü Elçin Məmmədov saxlanılıb. Onun üzərindən şəxsi istifadə üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

E.Məmmədovun dələduzluq əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
Seçilən
5
26
reyting.az

10Mənbələr