Bakı. Trend:
Azərbaycan və Yunanıstan maliyyə, iqtisadi, beynəlxalq maliyyəqurumları çərçivəsində və digər sahələrdə əməkdaşlıq məsələlərimüzakirə edilib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu gün Azərbaycan Respublikasının maliyyə naziriSamir Şərifov Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə vəsəlahiyyətli səfiri Xristos Kapodistrias ilə görüşüb. Görüş zamanıiki ölkə arasında maliyyə, iqtisadi, beynəlxalq maliyyə qurumlarıçərçivəsində və digər sahələrdə əməkdaşlıq məsələləri diqqətmərkəzində olub, Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulanıb,qlobal əhəmiyyətə malik iqlim dəyişmələri ilə bağlı məsələlərinmüzakirəsi baxımından tədbirin önəmi qeyd olunub.
Səfir Yunanıstanın COP29-da ən yüksək səviyyədə – Baş nazirKiriakos Mitsotakisin rəhbərliyi altında nümayəndə heyəti ilətəmsil olunduğunu xatırladıb və qlobal iqlim konfransının olduqcaqısa müddət ərzində yüksək səviyyədə təşkili və keçirilməsinə görətəbriklərini çatdırıb.
Görüş zamanı həmçinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıvə Qara Dəniz Ticarət və İnkişaf Bankı çərçivəsində iki ölkəninmaraqlarına cavab verən qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətivurğulanıb, ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə dairistək ifadə olunub.