Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxalı 204,5 milyon dollar dəyərində olub.
News24.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% azalıb.
Məlumata görə, ötən ilin eyni aylarında ölkə şəkər idxalına 216,4 milyon dollar xərcləyib.
Əlavə edək ki, hesabat dövründə şəkər idxalı Azərbaycanın ümumi idxalının 1,23%-ni təşkil edib.