AZ

Trampa qorxulu təklif: Qəbul etsə, neft su qiymətinə olacaq

ABŞ-da neft sektorunda fəaliyyət göstərən sahibkarlar ölkənin seçilmiş prezidenti Donald Trampı Venesuela ilə münasibətləri yaxşılaşdırmağa və bu ölkənin enerji sektoruna tətbiq edilən sanksiyaları ləğv etməyə çağırıblar.

Musavat.com xəbər verir ki, məlumatı "The Wall Street Journal" (WSJ) yayıb.

Qəzet bildirir ki, ABŞ neft şirkətlərinin rəhbərləri Trampı Amerika hakimiyyətinin əvvəllər, o cümlədən siyasətçinin ilk prezidentlik dövründə etdiyi kimi Venesuela iqtisadiyyatına təzyiqlərdən əl çəkməyə çağırır. İş adamları ölkənin gələcək liderinin Venesuela neftinin idxalı üçün Karakasla sövdələşməsini və bunun müqabilində ABŞ-a miqrasiya axınının qarşısını almağı təklif ediblər.
Nəşrin fikrincə, ABŞ və Venesuela arasında razılaşmaların əldə edilməsi həm də “Rusiya və Çin kimi rəqibləri saxlamağa” kömək edəcək, çünki onlar Ağ Evin Amerika şirkətlərinə Venesuelada neft hasilatını və nəqlini qadağan edən sanksiyalar tətbiq etdikdən sonra bu ölkədə mövqelərini gücləndiriblər.

Vaşinqton administrasiyasının Venesuela neft sektoruna qarşı tətbiq etdiyi sanksiyalar Amerika şirkətlərinə Maduro hökumətinin nəzarətində olan hər hansı hakimiyyət və ya müəssisə ilə iş görməyi qadağan edir. Bu qadağaların aradan qaldırılması Venesueladan neft ixracını kəskin artırmaqla dünya bazarında müşahidə olunan neft artıqlığını daha da gücləndirməklə qiymətləri dibə çəkə bilər. Bu, Trampın seçkiqabağı verdiyi daha bir vədini - neft qiymətlərinin azaldılmasını həyata keçirməsi demək olar.

Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr