AZ

Ət ucuzlaşır: İstehlak səbətinin tərkibi dəyişə bilər

Sosial şəbəkələrdə yayılan məlumata görə, bazarda ət ucuzlaşır. 

Belə ki, daxili bazara Monqolustandan ucuz qiymətə ət idxal olunur. 

Dana əti 13 manata, quzi əti isə 15 manata təklif olunur. Ekspertlərin fikrincə, ət idxalı artdıqca, ölkə bazarında yerli ət də ucuzlaşa bilər. 

Mövzu ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, ətin qiymətinin ucuzlaşması inandırıcı görünmürdü: 

“Lakin ölkəmizdə ötən illərlə müqayisədə ət idxalı kəskin şəkildə artıb. Bu ilin 9 ayı ərzində ölkəyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,9 % faiz çox ət idxal edilib. İdxal artmaqda da davam edir. İdxal və rəqabət mühiti olduğuna görə, bazarda ət ucuzlaşır. Lakin bu tendensiyanı elə aparmaq lazımdır ki, yerli heyvandarlığa zərər dəyməsin. Rəqabət mühiti bazarda stabilliyi təmin etməyə kifayətdir”. 

Ekspert bildirib ki, Azərbaycan yetərincə ət istehsal edə bilmədiyi üçün bazarda qiymət stabil deyil və digər ölkələrdən ət idxal etməli olur: 

“Ölkəmizdə ət idxalının əsas səbəbi ət çatışmazlığıdır. Digər səbəb ət və ət məhsullarının baha olmasıdır. Qiymətlərin baha olmasına səbəb isə təklifin yetərincə olmamasıdır. Yəni, istehsal və idxalla birlikdə ölkə əhalisinin ətə tələbatı tam olaraq ödənilmir. Məhz buna görə də ucuz qiymətə təklif olunan ölkələrdən ət idxal olunur. Lakin yenə də ətə olan təlabat ödənilmir”. 

V.Qicayev qeyd edib ki, Azərbaycanda adambaşına 32,9 kq qədər illik ət norması var. Dünyada isə bu rəqəm ildə 78 kiloqramdır: 

“Bu rəqəm pensiyaçılar üçün 26 kq, uşaqlar üçün isə 30 kiloya qədərdir. 

Qonşu dövlətlərlə müqayisədə ölkəmizdə ət norması nisbətən aşağıdır. Lakin ət istehsalı artacağı halda minimum istehlak səbətinin tərkibi dəyişə bilər. Buna da ölkəmizdə çox ehtiyac var”. 

phrase_var_article.chosen
53
2
cebheinfo.az

10phrase_var_article.sources