İqtisadiyyatda təlatümlü dövrə qədəm qoyan Almaniyaya sığınacaq üçün müraciət edən türklərin sayında dəhşətli artım var.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, 2024-cü ilin 10 aylıq dövründə 27 mindən çox insan Almaniyanın qapısını döyərkən, Türkiyə immiqrasiya müraciətlərində Suriya və Əfqanıstandan sonra üçüncü yerdədir.
Digər tərəfdən, 3,5 milyondan çox mühacirin yaşadığı ölkəyə sığınacaq üçün müraciət edən türklərin yalnız 5 faizi təsdiqlənir.
Federal Miqrasiya və Qaçqınlar İdarəsinin məlumatına görə, ilin ilk 10 ayında Türkiyədən Almaniyaya 27 min 494 immiqrasiya müraciəti edilib. Son rəqəmlərə görə, Türkiyə immiqrasiya müraciətlərində Suriya və Əfqanıstandan sonra üçüncü yerdədir.
Almaniyadakı diplomatik mənbələrə görə, sığınacaq üçün müraciət edən türklərin yalnız 5 faizi təsdiqlənib. Müraciətləri qəbul edilməyənlərin bir qisminin Türkiyəyə qayıtdığı, bəzilərinin isə Almaniyada qeyri-qanuni yaşayır. Artıq hokumət vəziyyətdən çıxış yolu axtarır.
Qeyd olunur ki, bu artımın qarşısı alınmasa ciddi problemlər yarana bilər.
Ağa Dadaşzadə