"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa UEFA Çempionlar Liqasının 5-ci tur çərçivəsində "Liverpul"la baş tutan matçda aldığı zədə səbəbindən bir müddət meydana çıxa bilməyəcək.
Publika.az xəbər verir ki, 56-cı dəqiqədə ayaq əzələsini dartan fransalı futbolçu meydanı tərk etmək məcburiyyətində qalıb. Tibbi müayinələrdən sonra onun 3 həftə oynaya bilməyəcəyi müəyyənləşib.
Mənbənin sözlərinə görə, yarımmüdafiəçi futbol üzrə İspaniya çempionatının 4 oyununu və Çempionlar Liqasının 6-cı turunun “Atalanta” ilə matçını buraxacaq.
Kamavinqa mövsümün əvvəlini ciddi bağ zədəsi səbəbilə buraxmalı olub. Buna görə o, cəmi 9 oyun keçirib.