AZ

Pezeşkianın oğluna Prezident Administrasiyasında yüksək vəzifə verildi

İran Prezidenti Məsud Pezeşkianın böyük oğlu Yusif Pezeşkian Prezident Administrasiyasının rəhbərinin müşaviri və media üzrə köməkçisi təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" "Telegram" kanalı yayıb.

Məlumata görə, o, bu vəzifəyə Prezident Aparatının rəhbəri Möhsün Hacı Mirzayi tərəfindən təyinat alıb. Pezeşkianın oğlu Şərif Texnologiya Universitetinin bakalavr, magistr və doktorantura dərəcələrinə sahibdir.

Xatırladaq ki, bir müddət öncə Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi Prezident Administrasiyasının xüsusi köməkçisi vəzifəsinə gətirilib.

Bizim.Media

Seçilən
19
6
bizim.media

8Mənbələr