AZ

Xəqani Məmmədov: “Psixoloji üstünlük “Qarabağ”ın tərəfindədir”

“Qarabağ” artıq Avropada öz adından söz etdirməyi bacarmış komandadır. “Lion” kimi klublarla duellər təmsilçimiz üçün adiləşib”.

Bu sözləri apasport.az saytına açıqlamasında Xəqani Məmmədov deyib.

“Difai”nin baş məşqçisi ağdamlıların "Lion"la matçını dəyərləndirib: “Qarabağ” Avropa Liqasına uğurlu start vermədi. Lakin həmin “uğursuzluq zolağı”ndan çıxmaq üçün komandaya bir qələbə lazım idi. Ki, ağdamlılar Norveçdə “Budo-Qlimt”i məğlub etməyi bacardılar. Düşünürəm ki, psixoloji üstünlük “Qarabağ”ın tərəfindədir. Təmsilçimiz bu gün ən yaxşı oyunlarından birini göstərməlidir. Onlara güvənirik. Ağdamlılar “Tottenhem”, “Ayaks”, “Bayer” kimi komandalarla çıxış etməyə öyrəşib. Hətta onlarla sonadək mübarizə aparmağı da bacarıb. Bu gün də “Qarabağ”ın rəqibindən ən azı bir xal alacağını düşünürəm”.

Qeyd edək ki, Avropa Liqasının V mərhələsinin "Qarabağ" - "Lion" matçı bu gün saat 21:45-də start götürəcək.

İsmayıl Xeyrullayev

Pyer Saj: “Xüsusi ssenari yoxdur”

Cordan Veretu: "Qarabağ" təhlükəli komandadır”

Levandovskidən unikal uğur - Ronaldo və Messidən sonra üçüncü oldu

"Siti"dən antirekord

Çempionlar Liqası: "Arsenal" və "Atletiko"dan darmadağın, "Siti" yenə xal itirdi - YENİLƏNİB

Seçilən
6
apasport.az

1Mənbələr