AZ

AK Asiya, Afrika və Latın Amerikasındakı diplomatik korpusları ixtisar edəcək

Avropa Komissiyası (AK) maliyyə çatışmazlığı fonunda Asiya, Afrika və Latın Amerikasındakı ofislərində işçilərin sayını əhəmiyyətli dərəcədə azaltmaq və digər regionlarda strateji maraqlarını həyata keçirmək niyyətindədir. Bu barədə Avropanın Politico nəşri məlumat yayıb.

Tədbirlərin müzakirəsi Aİ-nin xarici siyasət xidmətinin 2024-cü il üçün büdcəsini aşması ilə bağlıdır. Qəzet izah edir ki, artan xərclər və inflyasiya səbəbindən vəziyyət 2025-ci ildə daha da pisləşə bilər.

Politico-nun həmsöhbətlərinin sözlərinə görə, 800-ə yaxın diplomat işini itirmək riski ilə üzləşib, çünki “onları başqa ölkəyə köçürmək çox çətin və qeyri-mümkün olacaq”.

Nəşr qeyd edir ki, eyni zamanda, AK “Aİ üçün əsas maraq kəsb edən” digər regionlarda da təmsilçiliyini genişləndirməyi planlaşdırır. Xüsusilə, Brüssel diqqəti Avropa İttifaqına daxil olmaq istəyən və icmaya yaxın ərazidə yerləşən ölkələrə yönəltmək niyyətindədir. "Aİ-nin yeni siyasi prioritetlərə daha uyğun gələn nümayəndə heyətləri şəbəkəsinə ehtiyacı var. Buna məhdud büdcə çərçivəsində nail olmaq lazımdır", - AK-nın planlarını əks etdirən sənəddə deyilir.

Oxuməni.az

Seçilən
9
oxumeni.az

1Mənbələr