AZ

Pensiya sistemində SENSASİON DƏYİŞİKLİK: Rəsmi iş fəaliyyəti olmayan şəxslər TƏQAÜD ALMAYACAQLAR? 

“Əgər vətəndaşın kiçik məbləğdə belə sosial sığortası varsa, ona kapital amnistiyası təqdim edilir”.


Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin keçirilən iclasında bildirib.


Sosioloq Elçin Bayramlı Referans.az-a açıqlamasında bu yanaşmaya münasibət bildirib.




“Dövlətin vəzifələri və öhdəlikləri var. Bir xalqın dövlət yaratmaqda, öz gəlirlərindən vergi verməkdə məqsədi odur ki, dövlət xalqın sosial qayğıya ehtiyacı olan insanların maddi çatışmazlığını təmin etsin. Bura insanların yaşlılıq vəziyyəti, yaşlılıq dövründə dövlət himayəsi də daxildir. Burada heç vaxt işləməyənlərə problemi qeyri-müəyyən məsələdir. Dünyada heç vaxt işləməyən şəxs ola bilməz. İnsanlar müxtəlif zamanlarda müxtəlif cür fəaliyyət göstərirlər. Ola bilər ki, bu, rəsmiləşmir və birbaşa dövlətin problemidir. Məsələn, son 30 ildə Sovet dövründən sonra insanların çoxu müxtəlif müəssisələrdə işlədildi lakin onlar rəsmi işçi kimi qeydiyyata salınmadı. Amma faktiki olaraq bu şəxslər işləyib, buna görə də bu, artıq dövlətin problemidir. Sistem düzgün qurulmadığı, müəssisələrdən ciddi formada tələb olunmadığı üçün hazırda bu vəziyyət yaranıb”.


Sosioloq bildirib ki, işsizlik olan ölkədə insanlardan iş tələb etmək olmaz, çünki rəsmi iş tapmaya bilərlər. Buna görə də müxtəlif fəaliyyətlər göstərə bilərlər.


“Azərbaycanda işçi müdriyyəti onu rəsmi formada işə götürməsi üçün məcbur edə bilməz. Belə halda sadəcə olaraq o işçini işdən qovurlar. Yəni hər vətəndaş – günəmuzd işləyənlər də müəyyən bir əmək sərf edib. Amma bunun rəsmiləşməməsi onun günahı deyil. Bu birbaşa dövlət orqanlarının problemidir. Bu baxımdan yanaşanda dövlət bütün yaşlı əhaliyə pensiya verməlidir. Sovet dövründə belə idi, istisnasız olaraq hər kəs pensiya alırdı. İndi isə Azərbaycanda pensiya sistemi yoxdur. Bu sadəcə insanların pulunu bir fonda, banka yığıb daha sonra özünə qaytarmaqdır. Daha sonra şəxs 65 yaşına çatmamış rəhmətə gedəndə 30-40 illik yığdığı pul da batır və yaxud da 65 yaşdan çox yaşadıqda da sadəcə bir neçə il ala bilir. Bu, fərdin şəxsi kapitalıdır. Dövlət isə sadəcə onu saxlamaqla məşğuldur. Bəzi ölkələrdə 30-40 il ərzində bu məbləğin üzərinə gələn faizlər də hesablanaraq vətəndaşa verilir”.


Elçin Bayramlı qeyd edib ki, işləyən və ömrü boyu heç bir rəsmi işdə çalışmayanlar arasında pensiya fərqi yalnız məbləğə görə qoyula bilər. Heç vaxt çalışmayanlara minimum pensiya, təcrübəsi çox olanlara isə bunun 2-3 qatı verilməlidir.

 

Fidan Vəlisoy 

Seçilən
15
referans.az

1Mənbələr