AZ

Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı artıb — AÇIQLAMA

Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur. Bununla bağlı müvafiq qanun layihələri Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

Son illərdə bir neçə ölkə ilə Azərbaycan arasında viza rejimi ləğv edilib.

Turizm üzrə ekspert Əziz Şiriyev Demokrat.az-a bunun müsbət tərəflərini açıqlayıb:



“Bir sıra ölkələrlə Azərbaycan arasında viza rejimi var. Azərbaycanın getdikcə dünyada artan nüfuzu və iqtisadi-siyasi gücünün artması dünya ölkələri ilə əlaqələrin genişlənməsinə səbəb olur. Bu da hazırda və gələcəkdə xarici ölkələrlə vizasız rejimə keçidə zərurət yaradır. Bu zərurəti yaradan səbəblərdən biri də Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında viza rejiminin aradan qaldırılması oldu. Bu addım digər ərəb ölkələri ilə də viza rejiminin ləğvini təşviq etdi. Bu, müsbət haldır. Həmin ölkələrdən xeyli sayda turistin ölkəmizə gəlməsi, həm də Azərbaycan vətəndaşlarının həmin ölkələrə səfərləri asanlaşacaq. Səudiyyə Ərəbistanı da müsəlman ölkəsidir. Xüsusən də inanclı vətəndaşlarımız bu ölkəni görməyi çox istəyirlər, zənnimcə. İndoneziay isə son illərdə azərbaycanlıları marağını cəlb edən turizm destinasiyalarından birinə çevrilib. Ümumiyyətlə son vaxtlar cənub-şərqi Asiya ölkələrinə Azərbaycandan gedən turistlərin sayı artıb. Tailan, Vyetnam, Bali, Maldiv adaları bir çox insanın diqqətini çəkən səhayət bölgələrinə çevrilib. Artıq Maldiv adalarına AZAL-la birbaşa uçuşlardan da yararlanmaq mümkündür. Yerli aviaşirkətlə birbaşa uçuşların təşkili və viza rejiminin bir neçə ölkə ilə ləğvi  nəticəsində insanlarımız daha çox ölkəni asan şəkildə səyahət edib görə biləcəklər”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
28
demokrat.az

1Mənbələr