AZ

Yaponiyada festivalda Azərbaycan xalçaçılıq sənəti barədə məlumat verilib (FOTO)

Bakı. Trend:

Yaponiyada yaşayan həmyerlimiz Minarə Şükürova ölkəmizi Tanabeşəhərində keçirilən “Lifelong Learning Festival”da (“ÖmürboyuÖyrənmə Festivalı”) təmsil edib.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, hər ilin noyabr ayında təşkil olunan bufestivalın məqsədi yerli əhaliyə müxtəlif mədəniyyətləri öyrənməimkanları təmin etmək və şəhərdə həyata keçirilən təhsil layihələrihaqqında vətəndaşları geniş məlumatlandırmaqdır.

Həmyerlimiz festivalda bu il Azərbaycan xalçaları haqqında guşəyaradıb, təqdimat hazırlayıb və yüzdən çox yerli qonağa, əsasən dəməktəblilərə müxtəlif bölgələrin xalçaları haqqında geniş məlumatverib. Azərbaycan guşəsini milli xalçalar və milli atributlarlabəzəyən Minarə Şükürova qonaqlara xalçalarımızın UNESCO-nun"Qeyri-maddi Mədəni İrs" siyahısına salınmasından və Bakıdafəaliyyət göstərən Milli Xalça Muzeyindən bəhs edib.

Yaponiyada
Yaponiyada
Yaponiyada
Yaponiyada
Yaponiyada
Seçilən
13
2
az.trend.az

3Mənbələr