Səyahət zamanı naviqasiya proqramları ən yaxşı seçim olsa da, istiqamətlər bəzən ölümə apara bilər.
Publika.az xəbər verir ki, belə hadisələrdən biri Hindistanda yaşanıb.
Naviqasiya proqramı tikintisi hələ tamamlanmamış körpüyə marşrut yaradıb. Nəticədə avtomobil körpüdən aşağı düşüb. Avtomobildə olan üç nəfər hadisə yerində ölüb.