AZ

İcra başçısı Hacıqabuldakı mədəniyyət müəssisələrinə baxış keçirdi — FOTOLAR

Noyabrın 29-da Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Uşaq Musiqi məktəbində və Mərkəzi Rayon Kitabxanasında olub. 

Demokrat.az
xəbər verir ki, rayon rəhbəri qeyd olunan mədəniyyət müəssisələrinə  baxış keçirərək, burada çalışan kollektivlə görüşüb, mövcud vəziyyətlə tanış olub.

Hacıqabul şəhər 7 illik Uşaq Musiqi məktəbi 1990-cı ildən fəaliyyətə başlayıb. Hazırda Musiqi məktəbində 211 nəfər şagirdə 8 ixtisas üzrə  44 müəllim ibtidai musiqi təhsili verir. Şagirdlər Respublika baxış müsabiqələrində daima iştirak edib və bir neçə müsabiqənin qalibi olublar.

Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sistemi (MKS) 27 avqust 1990-cı ildə yaradılıb. Hazırda Hacıqabul rayon MKS üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sisteminə daxil olan 27 dövlət kütləvi kitabxanasının 24-ü  fəaliyyət göstərir. Hacıqabul Rayon Mərkəzi Kitabxanasında informasiya-resurs şöbəsi fəaliyyət göstərir.

Hər iki mədəniyyət müəssisəsi uyğunlaşdırılmış binada yerləşdiyi üçün şəhər ərazisində yeni, müasir tipli  inzibati binaların atikintisi nəzərdə tutulub.







Seçilən
7
demokrat.az

1Mənbələr