AZ

61 ölkədən birgə əməliiyat: 225 ton kokain müsadirə edildi - 8,5 milyard dollar

Kolumbiya polisi 61 ölkədən olan həmkarları ilə birlikdə "Orion” kod adlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün genişmiqyaslı əməliyyat keçirib. 

Qaynarinfo xəbər verir ki, altı həftə ərzində rekord həddə - 225 ton kokain müsadirə edilib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə Kolumbiyada 671 ton narkotik müsadirə edilib.

Ümumilikdə 1,4 min ton narkotik vasitə, o cümlədən 1 min tona yaxın marixuana müsadirə edilib. Onların ümumi dəyəri 8,5 milyard dollar olaraq qiymətləndirilir. 400-dən çox adam həbs edilib.
 


Bundan əlavə, polis altı qondarma narkotik sualtı qayığı - 10-25 m uzunluğunda evdə hazırlanmış yarı sualtı gəmiləri saxlayıb. Onlar tamamilə sualtı deyillər və suyun üstündən bir qədər yuxarı qalxırlar. Bununla belə, onları okeanın səthində tapmaq çətindir. Belə gəmilər ilk növbədə narkotiklərin Avstraliyaya daşınması üçün istifadə olunur. 

Bu ölkədə kokainin yüksək qiymətləri (1 kq-ı 240 min dollar - ABŞ-dan 3-6 dəfə bahadır) bu bazarı narkotik alverçiləri üçün çox cəlbedici edir və bu daşıma üsulu limanlarda ciddi yoxlamalardan yan keçməyə imkan verir.

Aydın

Seçilən
8
qaynarinfo.az

1Mənbələr