AZ

2025-ci ildə özünüməşğulluq proqramına 100 min nəfər cəlb ediləcək

Bu ilin sonuna qədər Azərbaycanda 92 minə yaxın şəxsin özünüməşğulluq proqramına cəlb olunması hədəflənir.

Fins.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

Nazir müavini qeyd edib ki, nazirlik ünvanlı yardımlarla bağlı prosesləri tam şəffaf şəkildə həyata keçirir və DOST konsepsiyası çərçivəsində xidmətlərin elektronlaşdırılmasına nail olub. O, bildirib ki, DOST modeli Avropa ölkələri tərəfindən öyrənilir və yüksək qiymətləndirilir.

Anar Əliyev, həmçinin, 2025-ci ildə özünüməşğulluq proqramına cəlb olunanların sayının 100 minə çatacağını vurğulayıb. Bu proqramlar vasitəsilə vətəndaşların kiçik təsərrüfatlarının və mikrobizneslərinin yaradılması nəzərdə tutulur.

Özünüməşğulluq proqramı ilə bağlı 30-a yaxın fəaliyyət istiqaməti mövcuddur və Nazirlik tərəfindən paylanan aktivlərin keyfiyyətinə ciddi nəzarət edilir. Nazirlik müvafiq müqavilələri, təhvil-təslim aktlarını və digər sənədləri şəffaflığın təmin edilməsi məqsədilə 2019-cu ildən etibarən öz saytında yayımlayır. Dünya Bankı isə Azərbaycanın özünüməşğulluq proqramını xüsusi mükafata layiq görüb.

Seçilən
19
fins.az

1Mənbələr