AZ

Ermənistana qarşı xarici təcəvüz olmadığından KTMT Qarabağda İrəvan tərəfində vuruşmamalı idi - Putin

Ermənistana qarşı xarici təcəvüz olmadığından KTMT Qarabağda İrəvan tərəfində vuruşmamalı idi.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarına cavab verərkən deyib.

"KTMT-nin bununla heç bir əlaqəsi yoxdur, çünki Ermənistanın özünə qarşı heç bir xarici təcavüz olmayıb", - o bildirib.

Onun sözlərinə görə, KTMT üzv ölkələri xarici təcavüzdən qorumaq üçün yaradılıb.

"Qarabağ hadisələrinin özünəməxsus xüsusiyyətləri var: Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımırdı və təbii ki, Qarabağı öz perimetrinə daxil etməmişdi. Bu o deməkdir ki, Qarabağda baş verənlərin Ermənistanla heç bir hüquqi əlaqəsi yoxdur, ona görə də KTMT-nin bu ərazidə döyüşməsini istəmək qəribədir", - V.Putin qeyd edib.

Seçilən
15
12
day.az

10Mənbələr