AZ

Biləsuvarda tərəvəz bitkilərinin yığımı yekunlaşıb, builki məhsuldarlıq yüksək olub 

Biləsuvar rayonunda tərəvəz bitkilərinin məhsulunun yığımı yekunlaşıb.

Bu barədə "Far.Az"un Muğan bürosuna Rayon Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu il məhsul yığımı ötən illə müqayisədə yüksək olub. Belə ki, 1 404,3 hektar sahədə tərəvəz bitkiləri əkilib və nəticədə 44 055 ton məhsul toplanıb.

Bu il isə əkin sahələrinin ərazisi genişləndirilərək 1 434,5 hektara çatdırılıb. Fermerlər sahələrdən cari ildə 49 858 ton məhsul əldə ediblər.

Qeyd olunub ki, bu il əsasən rayon ərazisində pomidor, xiyar, soğan, badımcan, bibər, yaşıl noxud kimi tərəvəz bitkiləri becərilib.

Seçilən
10
far.az

1Mənbələr