AZ

Beş vəkilə xəbərdarlıq olundu, dörd vəkilə töhmət verildi - RƏSMİ

Bakı. Trend:

Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclasıkeçirilib.

Bu barədə Trend-ə ARVK-dənməlumat verilib.

Bildirilir ki, iclasda çıxış edən Kollegiyanın sədri AnarBağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclas gündəliyinə uyğun olaraq Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin 19 noyabr 2024-cü il tarixliSərəncamı ilə hakim vəzifəsinə təyin edilən ARVK-nın 8 üzvü -Bayramov Samir Zakir oğlu, Həsənov Teymur Həsən oğlu, HüseynovElşən Təbrizoviç, Qənbərov Tağı Ədalət oğlu, Şeybullayeva ŞəfiqəEldar qızı, Məmmədova Günel İqbal qızı, Nəbiyev Rəmzi Sultan oğluvə Nuriyev Aqil Abdul oğlunun mükafatlandırılmaları vəfəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb və müsbət qərarverilib.

Sonra bəzi vəkillərin dövlət qulluğuna qəbul olunması iləəlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması və onlarınmükafatlandırılması, öz ərizələri ilə vəkillik fəaliyyətinə xitamverilməsi, müəyyən müddətdə üzvlük haqqından azad olunma, maddiyardım, habelə borclarının silinməsi, digər vəkil qurumlarınakeçməsi ilə bağlı müraciətlərinə baxılıb, müvafiq qərarlarçıxarılıb.

Eyni zamanda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA)Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunacaq "Avropa İnsanHüquqları Məhkəməsi Simulyasiyası"nın X və o cümlədən Milli MəhkəməMüsabiqəsinin XIV buraxılışlarının keçirilməsinə maddi dəstəkgöstərilməsi barədə məsələyə baxılıb və müsbət qərar qəbuledilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinəbaxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizampozuntularına görə 5 vəkilə xəbərdarlıq edilib, 4 vəkilə töhmətverilib, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, habelə1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaricolunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərarçıxarılıb.

Seçilən
17
16
az.trend.az

10Mənbələr