AZ

"Bavariya"dan PSJ-yə üzrxahlıq

"Bavariya" Çempionlar Liqasının 5-ci turunda PSJ-nin prezidenti Nasser Əl-Xelaifiyə qarşı yönəlmiş şüarlara görə üzr istəyib.

İdman.biz xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti bəyanat yayıb.

"Bavariya" - PSJ matçında qonaq komandanın rəhbərini təhqir edən şüarlar futbol aləmində ciddi rezonans doğurub. Almanlar bu addıma görə Paris klubundan üzrxahlıq istəyiblər.

Qeyd edək ki, "Bavariya" doğma azarkeşlər qarşısında 1:0 hesabı ilə qalib gəlib.

İdman.biz

Seçilən
31
idman.biz

1Mənbələr