AZ

3D çapın ətraf mühitə müsbət və mənfi təsirləri

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda institutun Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Anar Səmidov və müavini Zülfiyyə Ələkbərovanın həmmüəllifliyi ilə hazırlanmış “Yaşıl texnologiyalarda 3D çapın innovativ tətbiqləri və perspektivləri” mövzusunda məruzə dinlənilib.Bu barədə TehsilForumu.Az AZƏRTAC-a istinadən məlumat verib.Bildirilib ki, 3D çap ənənəvi kütləvi istehsal üsullarından daha çevik, uyğunlaşdırılmış və fərdiləşdirilmiş istehsal proseslərinə keçidi təmin edir. Bu texnologiyanın əsas üstünlüyü onun minimal tullantı ilə mürəkkəb məhsullar yaratmaq qabiliyyətidir ki, bu da onu təkcə səmərəlilik baxımından deyil, həm də davamlılıq nöqteyi-nəzərindən cəlbedici edir. Sənaye 4.0 daxilində 3D çap texnologiyasının rolundan bəhs edilib. Diqqətə çatdırılıb ki, Sənaye 4.0 konsepsiyasına inteqrasiya olunmuş 3D çap texnologiyası çevikliyi, səmərəliliyi və məhsulun fərdiləşdirilməsini artırmaq üçün unikal imkanlar təklif edir. Gələcəkdə bu texnologiyanın daha təmiz və səmərəli mühitin yaradılmasına səbəb olan davamlı və rəqəmsal istehsalın ayrılmaz hissəsinə çevriləcəyi proqnozlaşdırılır.

Seçilən
13
tehsilforumu.az

1Mənbələr