"Bayer Leverkuzen"in hücumçusu Florian Virts Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib,
90deqiqe.Az-ın məlumatına görə, UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, bu həftə “əczaçılar” Çempionlar Liqasının 5-ci turu çərçivəsində qonşu Avstriyanın “Red Bull Zalsburq” klubunu qəbul ediblər. Almaniya çempionu rəqibini darmadağın edib – 5:0.
Virts bu görüşdə dubla imza atıb və bir məhsuldar ötürmə də verib. Wirtz-dən başqa, "Atalanta"dan Mateo Reteqi, PSV-dən Malik Tillman və "Atletiko Madrid"dən Julian Alvares mükafat uğrunda mübarizə aparırdı. Onların hər biri öz klublarının matçlarında dubla imza atıb. "Bayer" Çempionlar Liqasının son 5 turunda 10 xal toplayıb və altıncı yerdədir.