AZ

Rus kəşfiyyatı- Qərb parlament seçkilərinə qədər bu ölkədə çevriliş hazırlayır...

Image

Elşad Həsənov: "Doğrudan da Rusiya Vardaniyanı Qarabağda möhkəmləndirib, sonra isə Ermənistanda hakimiyyətə gətirmək istəyirdi"

Vaşinqton Ermənistanda Qərbyönlü partiyaların 2026-cı il seçkilərində parlamentə daxil olmasına kömək etmək üçün onların siyasi “təşviqatına” başlayıb. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunda deyilir. İddia edilir ki, Qərb Ermənistanda 2026-cı ildə keçriləcək parlament seçkilərində çevriliş etməyə hazırlaşır.

Rusiya Gürcüstanda baş verənlərin analoqunun Ermənistanda da təkrarlanmamasını, Qərbin rahat şəkildə yola salınmasını istəyir. Amma buna Rusiyanın imkanı yoxdur. Ermənistanda hakim partiya Qərbmeyilli olduğundan, rus kəsfiyyatınin məlumatları təəccüblü deyilmi? Bu halda söhbət hansi çevrilişdən gedir?

Baki-xeber.com-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elşad Həsənov bildirdi ki, bəli, Rusiya istəmir ki, region ölkələrinə Qərb daxil olsun: "O, bunun acı nəticələrini bu gün Ukraynada görür. 2 il 9 aydir ki, bu iki ölkə arasında müharibə gedir. Digər region dövlətləri ilə də analoji hadisələrin olması Moskva üçün arzuolunan deyil. Amma nə qədər cəhd etsə də, Rusiya buna Moldovada da nail ola bilmədi. Moldova Qərbə inteqrasiya yolunu seçdi. İndi isə Qərb və Amerika Gürcüstan və Ermənistan üzərində ciddi iş aparır. Gürcüstanda artıq məsələlər həllini tapır. Yəni Gürcüstanda Rusiyaya inteqrasiyanı dəstəkləyən qüvvələr hakimiyyətdə möhkəmlənib, muxalifət isə Qərbə meyllidir. Ona görə də Gürcüstan hakimiyyəti milli adət-ənənələrə uyğun olmayan Qərb qanunlarını qəbul etmədi (məsələn, LGBT haqqında qanunu). Bunun ardınca Gürcüstan xarici agentlər haqqında qanunu qəbul etdi ki, ölkəyə daxil olan maliyyə resursları şəffaflaşsın. Qərblə rəsmi Tiflis arasında müəyyən narazıliq yarandı və xalq öz mənafeinə uyğun olaraq hakimiyyətə səs verdi.

Azərbaycan bölgədə müstəqil siyasət yürüdur, xalqın və dövlətin maraqlarını qoruyur. Ona görə də Qərbin Azərbaycana müdaxiləsi mümkün olmur.

Hazırda Ermənistanda isə hakimiyyət Qərb yönümlüdür. Paşinyan və onun komandası Soros Fondunun maliyyəsi ilə hakimiyyətə gəliblər. Paşinyan komandası hakimiyyətə gələndən sonra Rusiya ilə siyasi əlaqələri minimuma endirmək siyasi kursunu götürdü. Ermənistan artıq KTMT-dən çıxmağı qarşısına məqsəd qoyub. Artıq iki il olar ki, Ermənistan KTMT-nin tədbirlərində iştirak etmir. Yalnız Aİİ və BRİCS çərçivəsində Rusiya ilə əməkdaşplıq edirlər. Burda da onların yalnız iqtisadi maraqları təmin edilir. Kecən il Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 7, bu il isə 14 milyard dollara çatıb. Bu hardandı? Hamıya bəllidir ki, Ermənistan Rusiyanı sanksiyalardan yayındırmaq və qazanc göturmək üçün onların malını dünyaya satır. Digər tərəfdən, Rusiyaya xaricdən aldıqları çip və digər elektronuka məhsullarını satıb, böyük mənfəət əldə edirlər. Yəni indiki hakimiyyət siyasi baxımdan nə qədər Rusiyanın əleyhinə olsa da, iqtisadi baxımdan Moskvanın əlinə oynayan bir hakimiyyətdir. Siyasi baxımdan Paşinyan hakimiyyəti üzünü Qərbə tutsa da, hələ ki, Rusiyanın iqtisadi istəklərini də yerinə yetirir.

Hazırda Rusiyanın Ermənistana ciddi təsir imkanlari olsa da, hələ bu imkanlardan yararlanmırlar. Çünki Moskvanın başı hələ Ukrayna ilə müharibəyə qarışıb. Rusiyanın Ermənistanla ikinci cəbhə açmaga nə gücü, nə də vaxtı var.

O ki qaldi seçkilərdə hakimiyyət çevrilişinə, bu absurd iddiadır. Çunki hazırda hakimiytətdə elə Qərbyönümlü siyasət qüvvədir, Avropa nə deyirsə, onlar onu da edir. Rusiya çalışdı ki, Ermənistanda öz adamlarını hakimiyyətə gətirsin, əlbəttə, buna nail ola bilmir. Çünki əhali müxalifətdə olan Rusiyayönümlü Koçaryan-Sarkisyan tandeminə nifrət edir. Onlar hakimiyyətdə olduqları dövrdə xalqı çapıb-taladılar və özlərinə varidat yığdılar. Ona görə də müxalifətin layihəsi olan keşiş Baqrat Qalstiyan hərəkatı da iflasa uğradı. Yəni hazırda Ermənistanda Paşinyan hakimiyyətinə qalib gələ biləcək bir qüvvə yoxdur. Rusiya isə istəyir ki, Ermənistanda onu dəstəkləyən komanda hakimiyyətə gəlsin. Belə bir layihəni Rusiya Ruben Vardaniyan vasitəsilə həyata keçirmək istəyirdi. O isə gəlib Qarabağda "dövlət naziri" oldu, hazırda isə Bakıda "çay içir". Doğrudan da Rusiya Vardaniyanı Qarabağda möhkəmləmdirib, sonra isə Ermənistanda hakimiyyətə gətirmək istəyirdi. Amma bu da baş tutmadı. Hazırda isə Ermənistan həm Rusiya, həm də Qərblə işləyir. Hər iki tərəfdən Paşinyan fayda götürur.

2026-cı il seçkilərində nə olacaq, bunu indidən demək çətindir. Amma hər halda, Qərbin apardığı siyasi is daha çox səmərə verir. Rusiyanın isə Ermənistanda istinad edə biləcəyi güclü siyasi qüvvə mövcud deyil. Yəni özu bacarmadığına görə Qərbin apardığı siyasi işə kölgə salmaq istəyir"

Dəniz NƏSİRLİ





Seçilən
15
baki-xeber.com

1Mənbələr