Rusiya prezidenti Vladimir Putinin Qazaxıstana iki günlük dövlət səfəri başa çatıb.
Bu barədə Kremlin rəsmi "Telegram" kanalında məlumat verilib.
Putini Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev şəxsən yola salıb. Uçuşdan əvvəl rəssam Asel Sabirjankızı öz tablosunu Rusiya prezidentinə hədiyyə edib.
Tabloda Qazaxıstan və Rusiya arasında əbədi dostluq körpüsü təsvir edilir.
Mənbə: unikal.az