Bu gün UEFA Avropa Liqası Liqa mərhələsində 5-ci turun oyunları start götürəcək.
Fanat.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Fransanın "Olimpik Lion" klubunu qəbul edəcək. Görüşə saat 21:45-də start veriləcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək.
“Qarabağ” 4 turdan sonra hazırda 3 xalla 36 komanda arasında 29-cudur. “Olimpik Lion” isə 7 xalla 9-cu pillədədir.
"Qarabağ" növbəti turda İsveçdə "Elfsborq"un qonağı olacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi, 5-ci tur tur
28 noyabr
21:45. "Qarabağ" – "Olimpik Lion"
Hakimlər: Nenad Minakoviç, Nikola Boroviç, Boşko Bojoviç, Milan Mitiç (hamısı Serbiya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
"Qarabağ": 99. Mateuş Koxalski, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov, 7. Yassin Benzia, 66. Patrik Andrade, 8. Marko Yankoviç,10. Abdullah Zubir (k), 21. Aleksey Kaşuk, 18. Olavio Juninyo
Baş məşqçi: Qurban Qurbanov
"Olimpik Lion": 23. Lukas Perri, 3. Nikolas Talyafiko (k),27. Varmed Omari, 55. Due Çaleta-Çar, 98. Ensli Meytlend-Naylz, 18. Rayan Çerki, 15. Tanner Tessmann, 15. Jordan Veretu, 37. Ernest Nuama, 11. Malik Fofana, 69. Jorj Mikautadze.
Baş məşqçi: Pyer Saj.