İslamçı qruplar Dəməşq və Hələb arasındakı yolu bağlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
İslamçı qruplar, o cümlədən “Həyat Təhrir əl-Şam” (HTŞ) paytaxt Dəməşqi Suriyanın şimalındakı ən böyük şəhər olan Hələblə birləşdirən mühüm beynəlxalq yolu bağlayıb.
Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, toqquşmalar nəticəsində ölənlərin sayı 182-yə çatıb. Onlardan 102-si HTŞ döyüşçüsü, 19-u Milli Ordu, 61-i isə Suriya əsgəridir. Qrupların ölkənin şimalında onlarla kəndə də nəzarət etdiyi bildirilir.
Noyabrın 27-də islamçı qruplar, o cümlədən HTŞ Suriya ordusu qüvvələrinə və iranpərəst qruplara qarşı “Təcavüzün qarşısını almaq” adı altında böyük hərbi əməliyyata başladığını elan edib.
Mətbuatın fikrincə, bu hadisə Suriyada son illərdə vətəndaş müharibəsinin ən mühüm eskalasiyalarından birinə çevrilə bilər.
Xuraman Etibarlı
İnterpress.az