“Football-plus.az” oyun haqda fikirlərini öyrənmək üçün Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimova müraciət etdi:
“Futbolçularımı təbrik edirəm. Əsl xarakter göstərib layiqincə mübarizə apardılar. Baxmayaraq ki, yağış yağdığına görə ot örtüyü pis vəziyyətə düşmüşdü, ağırlaşmışdı. Həm komandalar öz işini gördü, həm də hakimlər. Onları oyunlara kim göndərir? Hansı məqsədə qulluq edirlər? Bu boyda komandanın əziyyətini heyif etdilər. Hakim sayəsində 3 xalımı əlimdən aldılar. Federasiyadan kimsə çıxıb mənə cavab versin. Lazımi bütün qurumlara şikayət edəcəyik. Belə hakimlik olmaz. Hakimi də qınamıram. Tapşırığı yerinə yetirdi. Hakim 90-cı dəqiqədə penaltimizi vermədi, dəfələrlə rəqibin qayda pozuntularına göz yumdu. Niyyəti ürəyində qalmış niyyətinə çatdı. Belə hakimlər utanmalıdı. Futboldan qovulmalıdı. Ən ağır cəzaları almalıdılar. Bu boyda komandanın haqqına girdilər. Heyif, çox heyif. Elə epizod baş verdi ki, MOİK-lə oyunda həmin davranışa görə qapımıza penalti təyin edilmişdi. “Qəbələ”nin futbolçuları isə istədiyi kimi qaydaları pozdu. Qapımıza qol vurulan epizodda rəqibin futbolçusu fol etdiyi halda bizim əleyhimizə qərar verildi. Hələ belə hakimlərə premyer-liqa oyunları da həvalə edilir...”
Xatırladaq ki, matçın baş hakimi Tural Qurbanov olub.
KƏNAN BAHADIR