AZ

Finlandiyada Ukrayna ilə birgə PUA istehsalı üzrə müəssisə yaradılacaq

Finlandiyanın müdafiə texnologiyaları qrupu Summa Defence İHA istehsalı zavodu inşa edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə “Avropa həqiqəti” məlumat yayıb.

Zavodun məqsədi Ukraynada döyüş əməliyyatlarında istifadə olunan pilotsuz təyyarələrin istehsal gücünü tez bir zamanda artırmaqdır. İHA-ların genişmiqyaslı istehsalına 2025-ci ilin birinci yarısında başlanması planlaşdırılır.

“Pilotsuz texnologiyaya və istehsal gücünə tələbat yüksəkdir. Pilotsuz təyyarələr təkcə Ukraynaya deyil, bütün Avropa İttifaqı və NATO ölkələrinə veriləcək . Dronlar mülki, müdafiə və təhlükəsizlik sektorlarında kritik ictimai funksiyaların yerinə yetirilməsində mühüm rol oynayaraq cəmiyyətin daimi hissəsinə çevriləcək”, - deyə Summa Defense şirkətinin baş direktoru Jussi Holopainen bildirib.

İsveç də Ukraynaya raket və pilotsuz təyyarələrin istehsalı üçün əhəmiyyətli vəsait ayırmağı planlaşdırır.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
18
demokrat.az

1Mənbələr