ABŞ prezidenti Co Bayden varisi, yeni seçilmiş prezident Donald Trampın Çin, Kanada və Meksikadan gətirilən mallara idxal rüsumları tətbiq etmək qərarına yenidən baxacağına ümid etdiyini bildirib.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.
"Ümid edirəm ki, o, fikrini dəyişəcək. Düşünürəm ki, bu, qeyri-məhsuldardır. Biz Sakit okean və Atlantik okeanları və iki müttəfiqimiz - Meksika və Kanada ilə əhatə olunmuşuq. İstədiyimiz son şey bu münasibətləri korlamağa başlamaqdır", -deyə Bayden bildirib.