AZ

"Zurabişvili Saakaşvilini bağışlasa belə, bunun nəticəsi olmayacaq" - Baş nazir

Prezident Salome Zurabişvili səlahiyyət müddətinin qalan iki həftəsi ərzində Mixail Saakaşvilini əfv etsə belə, bunun heç bir praktiki təsiri olmayacaq.

"Unikal" xəbər verir ki, bunu “İmedi” telekanalına açıqlamasında Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Müəyyən qüvvələrin Mixail Saakaşvilini azad etmək istəyi son dərəcə güclü idi, Salome Zurabişvili bir şərt olmasaydı, bunu edərdi - əfv olunsa belə, Saakaşvili hələ də həbsxanada qalacaq. Çünki digər cinayət işləri üzrə istintaq aparılır”, - deyə baş nazir qeyd edib. 

Seçilən
14
11
unikal.az

9Mənbələr