Bakıda elektrik mühərrikli avtobusun enerji ehtiyatı qurtardığı üçün yolda qalıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər həmin avtobusda olan sərnişin tərəfindən qeydə alınaraq sosial şəbəkə hesabından paylaşılıb.
Belə ki, sərnişin narazılıqla avtobusun enerji ehtiyatının qurtardığını və yalnız şarj edildikdən sonra hərəkət edəcəyini deyib.
Ancaq hadisənin hansı marşrut xətti üzrə hərəkət edən avtobusda baş verdiyi qeyd edilmir.
Avtosfer.az həmin görüntüləri təqdim edir:
Namiq Musayev