AZ

FIFA Rusiya yığmasını DÇ-2026-nın püşkündən kənarda qoydu

FIFA DÇ-2026-nın Avropa üzrə seçmə mərhələ yarışında iştirak edəcək milli komandaların sıralama və ilkin püşkatmasını təsdiqləyib.

Arena.az məlumat verir ki, bu gün, noyabrın 28-də keçirilmiş tədbirdə Rusiya yığma komandası püşkatmada iştirak etmiş komandaların siyahısına daxil edilməyib.

UEFA Millətlər Liqasının 1/4 finalçıları – Xorvatiya, Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, Portuqaliya və İspaniya yığmalarının yer aldığı 1-ci səbətə İngiltərə, Belçika, İsveçrə və Avstriya komandaları əlavə ediliblər. Qalan komandalar FIFA-nın kişilərdən ibarət milli komandalarının reytinqinə uyğun olaraq 2-dən 5-ə qədər səbətlərdə paylanıblar.

Avropa üzrə təsnifat yarışının püşkatma mərasimi dekabrın 13-də keçiriləcək. UEFA seçmə yarışının qrup mərhələsi 2025-ci ilin martında başlayacaq və 2026-cı ilin martında başa çatacaq.

Azərbaycan millisi Bolqarıstan, Lüksemburq, Belarus, Kosovo, Ermənistan, Qazaxıstan, Estoniya, Kipr, Farer adaları, Latviya və Litva ilə eyni səbətə düşüb. Bu isə komandamızın eyni səbətdəki komandalarla rəqib olmayacağından xəbər verir.

Səbətlərin tərikibini təqdim edirik:

1-ci səbət: Fransa, İspaniya, İngiltərə, Portuqaliya, Niderland, Belçika, İtaliya, Almaniya, Xorvatiya, İsveçrə, Danimarka və Avstriya;

2-ci səbət: Ukrayna, İsveç, Türkiyə, Uels, Macarıstan, Serbiya, Polşa, Rumıniya, Yunanıstan, Slovakiya, Çexiya və Norveç;

3-cü səbət: Şotlandiya, Sloveniya, İrlandiya, Albaniya, Şimali Makedoniya, Gürcüstan, Finlandiya, İslandiya, Şimali İrlandiya, Monteneqro, Bosniya və Herseqovina və İsrail;

4-cü səbət: Bolqarıstan, Lüksemburq, Belarus, Kosovo, Ermənistan, Qazaxıstan, Azərbaycan, Estoniya, Kipr, Farer adaları, Latviya və Litva;

5-ci səbət: Moldova, Malta, Andorra, Cəbəllütariq, Lixtenşteyn və San Marino.

Seçilən
22
arena.az

1Mənbələr