Metbuat.az xəbər verir ki, azı 10 min əsgər və minlərlə hərbi texnika ölkənin cənubuna cəlb edilib. Bildirilir ki, əsgərlərin yerləşdirilməsi atəşkəs razılaşmasına uyğun olaraq həyata keçirilir. Məsələ barədə açıqlama verən Livanın müdafiə naziri Maurice Sleem hökumətin ölkənin cənubuna 10 min əsgər göndərdiyini bəyan edib. Onun sözlərinə görə, “Hizbullah” atəşkəs razılaşmasına uyğun olaraq ölkənin cənubundakı mövqelərdən geri çəkiləcək. Qeyd edək ki, İsrail Livanda atəşkəs elan edib. Atəşkəs təklifi ABŞ tərəfindən irəli sürülüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta