Acun Ilıcalının sahibi olduğu çempionşip təmsilçisi ''Hall Siti''də bu mövsüm işlər qaydasında getmir.
Komanda ötən mövsümü Layam Rosenyorun başçılığı altında 7-ci pillədə bitirmiş və şanssız şəkildə pley-off zonasından, yəni ilk ''6-lıq''dan kənar qalmışdı. Acun sürpriz şəkildə yayda Rosenyorla yollarını ayıraraq Tim Valter ilə üçillik müqavilə imzalamışdı. Məşqçinin qarşısına komandanı pley-offa daşımaq hədəfi qoyulmuşdu. Amma ''Hall Siti'' bu hədəfdən çox uzaq düşüb.
''Pələnglər'' ən son evdə ''Şeffild Uensdey''ə 0:2 hesabı ilə uduzdular. Məğlubiyyət seriyası 4 oyuna, qələbəsiz seriyası 9 oyuna yüksələn komanda turnir cədvəlində 22-ci pilləyə geriləyib. Bu məğlubiyyət Valterə baha başa gəlib.
Belə ki, dünən klub almaniyalı mütəxəssislə yollarını ayırıb. ''Hall Siti'' bu məşqçi ilə çempionşipdə 17 oyunun cəmi 3-də qalib gələ bildi (6 heç-heçə, 8 məğlubiyyət). Valterin köməkçiləri Yulian Hübner və Filip Topaloviç də qovulub. Klubdan verilən açıqlamada müvəqqəti olaraq baş məşqçi funksiyasını Endi Dousonun yerinə yetirəcəyi bildirilib.
''Hall Siti'' növbəti oyunda şənbə günü ''Midlsbro''nun qonağı olacaq.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta