AZ

Britaniyanın neft nəhəngi İndoneziyada 7 milyard dollarlıq qaz layihəsinə sərmayə ayıracaq

Böyük Britaniyanın neft nəhəngi bp İndoneziyanın Qərbi Papua əyalətinin Tanqqu şəhərində 85 milyard kubmetrə yaxın qazın istismarı üçün tərəfdaşları ilə birgə 7 milyard dollarlıq layihə elan edib.

Müqavilə Böyük Britaniyaya səfəri çərçivəsində İndoneziya Prezidenti Prabovo Subianto tərəfindən imzalanıb.

bp-nin bəyanatında deyilir ki, belə böyük investisiya onun İndoneziyanın investisiya mühitinə inamını nümayiş etdirir.

Layihəyə yeni Ubadari qaz yatağının işlənməsi və karbon tutma, utilizasiya və saxlama qurğusu (CCUS) vasitəsilə qazın bərpası daxildir.

Şirkət Papua Baratdakı Tanqqu mayeləşdirilmiş təbii qaz (LNG) qurğusunda mövcud infrastrukturu genişləndirəcək və istifadə edəcək. Yeni yataqda hasilata 2028-ci ildə başlanılacağı gözlənilir.

bp-nin məlumatına görə, yeni layihə İndoneziyada hazırlanacaq ilk irimiqyaslı CCUS layihəsidir və birinci mərhələdə Tanqqu emissiyalarından təxminən 15 milyon ton CO2 ayırmaq potensialına malik olacaq.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
16
ikisahil.az

1Mənbələr