Uruqvaylı hücumçu Luis Suares "İnter Mayami" ilə əmək müqaviləsini uzadıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Amerika klubunun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı futbolçunun "İnter Mayami" ilə yeni müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.
Xatırladaq ki, Suares "İnter Mayami"yə bu ilin əvvəlində keçib. Komandanın tərkibində bütün turnirlərdə 37 görüşdə iştirak edib, 25 qol vurub, 12 məhsuldar ötürmə edib. Nüfuzlu “Transfermarkt” internet portalının məlumatına görə, Suaresin dəyəri üç milyon avrodur. Qeyd edək ki, noyabrın 26-da “İnter Mayami” Xavyer Maskeranonun komandaya baş məşqçi təyin olunduğunu açıqlamışdı.