AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 500 Bakı şəhəri, 28 noyabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 27 aprel tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 2463 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 27 aprel tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 4, maddə 605 (Cild I) ilə təsdiq edilmiş “Ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların Siyahısı”nda dəyişiklik təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Seçilən
11
xalqqazeti.az

1Mənbələr