1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanda pambıqçılıq sahəsində zəngin təcrübəyə malik, tanınmış fermer Lətif Cəfərov vəfat edib.
Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.
Bildirilib ki, "Tərəqqi" medalı ilə təltif olunmuş pambıqçı L.Cəfərov bu gün 88 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Lətif Xanhüseyn oğlu Cəfərov 1936-ci il sentyabrın 9-da Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub. 1955-ci ildə Salyan rayon Kənd Təsərrüfatı Texnikumunu bitirib.
1956-ci ildən Biləsuvar rayonu "Azərbaycan" kolxozunda aqronom-entomoloq işləməyə başlayıb.1958-ci ildən 1983-cü ilə kimi həmin kolxozda pambıqçı-briqadir və sürücü-mexanizator işləyib. 1974-cü ildə pambıq yığımında göstərdiyi yüksək nailiyyətə görə ümummilli Lider Heydər Əliyev tərəfindən "QAZ-24" markalı avtomobillə mükafatlandırılıb. O, "Qırmızı əmək bayrağı" ordeni, "Əmək veteranı" ordeni, "Əmək" və digər medallarla təltif edilib.
O, həmçinin 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.
L.Cəfərov 2017-ci ildən Respublika üzrə Fermerlər Şurasının üzvü olub. 1996-cı ildən vəfat edənə qədər pambıqçı kimi fəaliyyət göstərib.
10 övladı, 31 nəvəsi və 17 nəticəsi var.